Belçika millisinin favorit sayıldığı qrupdan növbəti mərhələyə yüksələn kim olacaq? E - qrupu

Romelu Lukaku və Kevin De Bruyne kimi ulduz futbolçulara sahib olan Belçika millisi E qrupunda Rumıniya, Slovakiya və Ukrayna seçmə komandaları ilə qarşılaşacaq.

Bakunews.media xəbər verir ki, heyət baxımından rəqiblərini üstələyən Belçika millisi E qrupunu lider kimi bitirərək növbəti mərhələyə adlamağa əsas favoritlərdən sayılır.

Belçika millisi AVRO-2024-ün qrup mərhələsinin ilk oyununda Slovakiya seçməsi ilə üz-üzə gələcək. Rəqiblər arasındakı güc nisbətini hesablamaq üçün ümumilikdə keçirilən görüşlərə nəzər salaq. Komandalar indiyədək cəmi 3 dəfə qarşılaşıblar. Bunların yalnız birində qalibin adına aydınlıq gəlib. 2013-cü ildə keçirilən həmin görüşdə Belçika millisi 2:1 hesablı qələbəyə sevinib. Digər 2 matçda isə 1-1 hesablı heç-heçə qeydə alınıb. Tarixlərində 4-cü dəfə üz-üzə gələcək komandaların heyətlərinə də nəzər salaq.

Belçika millisinin baş məşqçi Domeniko Tedesko siyahıya 24 oyunçunun adını daxil edib.

Qapıçılar: Koen Kastels ("Volfsburq"), Tomas Kaminski ("Luton"), Natz Sels ("Nottinqem");

Müdafiəçilər: Timoti Kastan ("Fulhem"), Vut Faes ("Lester"), Tomas Mönye ("Trabzonspor"), Artur Teat ("Renn"), Yan Vertonqen, Zenon Debast (hər ikisi "Anderlext");

Yarımmüdafiəçilər: Aksel Vitsel ("Atletiko Madrid"), Maksim De Kuyper ("Brügge"), Kevin De Bruyne ("Mançester Siti"), Orel Manqala ("Lion"), Amadu Onana ("Everton"), Yuri Tilemans ("Aston Villa"), Artur Vermeren ("Atletiko Madrid"), Aster Vranks ("Volfsburq");

Hücumçular: Yohan Bakoyoko (PSV, Niderland), Yannik Karrasko ("Atletiko Madrid"), Karles De Keteler ("Atalanta"), Ceremi Doku ("Mançester Siti"),Romelu Lukaku ("Roma"),Dodi Lukobakio ("Sevilya"), Leandro Trossar ("Arsenal").

Slovakiya millisinin heyəti:

Qapıçılar: Martin Dubravka ("Nyu-Inqland"), Henrix Ravas ("Nyu-Inqland"), Marek Rodak ("Fulhem");

Müdafiəçilər: Vernon De Marko ("Hatta"), Norbert Dyomber ("Salernitana"), David Qantsko ("Feyenoord"), Sebastyan Kosa ("Spartak Trnava"), Adam Obert ("Kalyari"), Peter Pekarik ("Herta"), Milan Şkrinyar (PSJ), Denis Vavro ("Kopenhagen");

Yarımmüdafiəçilər: Laslo Beneş ("Hamburq"), Matuş Bero ("Bohum"), Ondrey Duda ("Verona"), Patrik Qroşovski ("Genk"), Yuri Kuçka ("Slovan"), Stanislav Luda ("Napoli"), Tomaş Riqo ("Ostrava");

Hücumçular: Robert Bojenik ("Boavişta"), David Duriş ("Askoli"), Lukaş Qaraslin ("Sparta"), Leo Zauer ("Feyenord"), Ivan Şranz ("Slaviya"), David Strelets ("Slovan" Bratislava), Tomaş Suslov ("Verona"), Lyubomir Tupta ("Slovan").

Qeyd edək ki, Belçika ilə Slovakiya arasında görüş iyun ayının 17-də saat 20:00-da start götürəcək.

Qrupun digər görüşü isə Rumıniya və Ukrayna milliləri arasında keçiriləcək. Gərgin mübarizə vəd edən görüş Bakı vaxtı ilə saat 17:00-da "Allianz Arena"da start götürəcək.

Son zamanlarda uğurlu çıxışları ilə diqqət mərkəzinə düşən Ukrayna millisinin növbəti mərhələyə adlamaq ehtimalı yüksək qiymətləndirilir. Rəqiblər indiyədək ümumilikdə cəmi beş dəfə qarşılaşıblar. Bunlardan ikisində Ukrayna, ikisində isə Rumıniya seçməsi qalib gəlib. Bir dəfə isə heç-heçə qeydə alınıb. Milli komandaların heyətlərinə nəzər salaq.

Rumıniya seçmə komandası turnirdə aşağıdakı heyətlə iştirak edəcək:

Qapıçılar: Horatiu Moldovan ("Atletiko"), Florin Nita ("Qaziantep"), Stefan Tarnovanu (FKSB);

Müdafiəçilər: Nikuşor Banku ("Universitatya"), Andrey Burka ("Əl-Ohdud"), Radu Draquşin ("Tottenhem"), Vasile Moqos (ÇFR), Yonuç Nedelçearu ("Palermo"), Boqdan Rakoviçan ("Rakov"), Andrey Raçiu ("Rayo Vallekano"), Adrian Rus ("Pafos");

Yarımmüdafiəçilər: Alexandru Çikaldau ("Konyaspor"), İanis Hagi ("Alaves"), Marius Marin ("Piza"), Razvan Marin ("Empoli"), Darius Olaru (FKSB), Deyan Soresku ("Qaziantep"), Nikolae Stançiu ("Damak"), Adrian Şut (FKSB);

Hücumçular: Denis Alibek ("Muayter"), Daniel Birlidja (ÇFR), Florinel Koman (FKSB), Denis Draqus ("Qaziantep"), Dennis Man ("Parma"), Valentin Mixayle ("Parma"), Corce Puşkaş ("Bari").

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun güvəndiyi futbolçuların siyahısı isə belədir:

Qapıçılar: Georgi Buşan ("Dinamo"), Anatoli Trubin ("Benfika"), Andrey Lunin ("Real Madrid");

Müdafiəçilər: Mikola Matvienko, Yuxim Konoplya, Valeri Bondar (hər üçü "Şaxtyor"), Aleksandr Tımçik ("Dinamo"), Vitali Mikolenko ("Everton"), İlya Zabarnı ("Bornmut"), Aleksandr Svatok ("Dnepr-1"), Maksim Taloverov (LASK, Avstriya), Boqdan Mixayliçenko ("Polissya");

Yarımmüdafiəçilər: Andrey Yarmolenko, Mikola Şaparenko, Volodimir Brajko (hər üçü "Dinamo"), Taras Stepanenko, Aleksandr Zubkov, Georgi Sudakov (hamısı "Şaxtyor"), Aleksandr Zinçenko ("Arsenal"), Viktor Tsıqankov ("Jirona"), Mixail Mudrik ("Çelsi"), Serqey Sidorçuk ("Vesterlo"), Ruslan Malinovski ("Cenoa");

Hücumçular: Artem Dobyuk ("Jirona"), Roman Yaremçuk ("Valensiya"), Vladislav Vanat ("Dinamo").

AVRO-2024

17 iyun

Saat 17:00

Rumıniya – Ukrayna

Stadion: "Alianz Arena" (Münhen)

Belçika – Slovakiya

Saat 20:00

Stadion: "Frankfurt Arena" (Frankfurt)

0.37756299972534