Sürətlə quruyan Xəzər dənizindən yeni GÖRÜNTÜLƏR

Quruyan Xəzər dənizindən yeni görüntülər yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, görüntülərdə dənizin xeyli geri çəkildiyini görmək mümkündür.

Belə ki, Xəzərin Pirallahı adası ilə Abşeron yarımadasını ayıran hissəsində vəziyyət ürəkaçan deyil. Su geri çəkilib, bir vaxtlar suyun altında qalan qalıqlar üzə çıxıb.

Hesablamalar göstərir ki, Xəzərdə suyun səviyyəsi son altı ildə 69 santimetr, son 11 ildə isə 114 santimetr enib.

Ekoloqlar bildiriblər ki, ağır ekoloji vəziyyət canlı aləmə də ciddi ziyan vurub. Ən böyük ziyan isə suitilərə dəyib.

Anoloji vəziyyət Xəzər dənizinin Qazaxıstan və Türkmənistan hissəsinə də aiddir. 2023-cü ildə NASA problemin miqyasını göstərmək üçün Xəzərin Qazaxıstan hissəsinin 16 il əvvəl və 16 il sonra çəkilmiş iki peyk şəklini dərc edib. Fotolardan görünür ki, bəzi yerlərdə sahil xətti kilometrlərlə geri çəkilib. Kaydak körfəzi isə tamamilə quruyub.

Ekoloqların sözlərinə görə, bunun qarşısını süni yolla almaq mümkün deyil. Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək isə çətindir. Çünki bu günədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb.

Ətraflı süjetdə:

Sürətlə quruyan Xəzər dənizindən yeni GÖRÜNTÜLƏR

Sürətlə quruyan Xəzər dənizindən yeni GÖRÜNTÜLƏR

1.0139920711517