AVRO-2024-ə ən çox futbolçu göndərən klub hansıdır?
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatında "Mançester Siti" və "İnter"in təmsilçiləri üstünlük təşkil edəcək. Hər iki klubu turnirdə 13 futbolçu təmsil edəcək.
Belə ki, ingilis komandasından Fil Foden, Con Stounz, Kayl Uoker (hamısı İngiltərə), Ruben Dias, Bernardo Silva, Matheus Nunyes (hamısı Portuqaliya), Kevin De Bruyne, Ceremi Doku (hər ikisi Belçika), Yoşko Qvardiol, Mateo Kovaçiç (hər ikisi Xorvatiya), Rodri (İspaniya), Manuel Akanji (İsveçrə) və Natan Ake (Niderland) Almaniyaya yollanıblar.
Eyni zamanda, "İnter"i Nikolo Barella, Alessandro Bastoni, Federiko Dimarko, Davide Frattesi, Matteo Darmian (hamısı İtaliya), Benjamin Favar, Markus Türam (hər ikisi Fransa), Hakan Çalhanoğlu (Türkiyə), Denzel Dumfris, Stefan de Vrey (hər ikisi Niderland), Kristyan Aslani (Albaniya), Yan Sommer (İsveçrə) və Marko Arnautoviç (Avstriya) təmsil edəcəklər.
Qalan Avropa klubları arasında "Real Madrid" və PSJ (hər biri 12 oyunçu), "Barselona", "Bavariya" və "Leypsiq" (hər biri 11 oyunçu), "Arsenal" və "Bayer" (hər biri 10 oyunçu), həmçinin "Liverpul", "Yuventus", "Roma" və "Slaviya" (hər biri doqquz oyunçu) təmsilçiləri üstünlük təşkil edirlər.
Mənbə: chapionat.com