Futbol üzrə Azərbaycan millisi öz rekordunu təkrarlayıb
Azərbaycan millisi 2024-cü ilin startındakı qol seriyasını 4-ə çatdırıb.
Bakunews.media xəbər verir ki, Arif Əsədovun yetirmələri bu il keçirilən bütün matçlarda qol vurub.
Monqolustan (1:0), Bolqarıstan (1:1) və Albaniyanın (1:3) ardından Qazaxıstan da yığmamızın hücumları qarşısında aciz qalıb. Komandamız bu dəfə 3:2 hesablı qələbə qazanıb.
Bunadək yalnız iki dəfə belə hadisə yaşanıb.
1993-cü ildə cəmi dörd görüşə çıxan millimiz bütün matçlarda fərqlənib. Həmin vaxt komandamız doqquz qola sevinib.
Həmin rekord 2010-cu ildə təkrarlanıb. Milli yenə ilk dörd oyunda rəqib qapısına yol tapıb. Komandamız bu dəfə altı qola sevinib. İndi də dördoyunluq seriyadakı qol sayı altıya bərabərdir.
Qeyd edək ki, millimiz növbəti oyununu sentyabrın beşində İsveçə qarşı keçirəcək.