Zaqatalada güclü külək elektrik dirəklərini aşırıb, enerjinin verilməsində fasilələr yaranıb
Zaqatalada güclü külək bir sıra fəsadlar törədib.
APA-nın məlumatına görə, iyunun 12-i axşam saat 21 radələrindən başlayaraq Balakən və Zaqatala rayonları ərazisində hava şəraiti kəskin dəyişib, güclü küləklə müşahidə olunan qısamüddətli leysan xarakterli yağış yağıb.
Güclü külək səbəbindən Zaqatala şəhəri və bır sıra yaşayış məntəqələrində ağaclar elektrik naqillərinin üzərinə aşıb.
Zaqatalanın Makov kəndi ərazisində bir-neçə elektrik dirəyi aşıb. Bu səbəbdən rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda müvafiq qurumların nümayəndələri əraziyə ezam olunub, ərazilərdə qırılmış elektrik naqillərin bərpa edilməsi istiqamətində işlər aparır.