Bakı və Biləsuvarda iki uşaq xəstəxanalıq oldu

Bakının Xətai rayonunda iki yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hərəkətdə olan avtomobil 2022-ci il təvəllüdlü H.Z-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Bundan başqa, Biləsuvar rayonunda da azyaşlının xəsarət alması ilə nəticələnən qəza qeydə alınıb.

Avtomobil yolu keçən 2020-ci il təvəllüdlü Ə.İ-ni vurub. O, xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

0.069579124450684