Bakıda itkin kimi axtarılan qadınlar ölkəni tərk ediblərmiş
Bakıda itkin düşmüş şəxs kimi axtarılan iki qadının ölkəni tərk etdikləri müəyyən edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin apardığı tədbirlərlə itkin düşmüş kimi axtarışda olan Risalə Zəkiyeva və Nəzrin Süleymanovanın ölkədə olmadıqları müəyyənləşib.
R.Zəkiyevanın 9 iyun, N.Süleymanovanın isə 11 iyun tarixində təyyarə ilə Türkiyəyə getdikləri dəqiqləşib.