Məşhur fransalı aktrisa vəfat etdi

Məşhur fransalı aktrisa Anuk Eme vəfat edib.

Bu barədə aktrisanın qızı Manuela Papatakis "Instagram" hesabında məlumat verib.

Məlumata görə, Anuk Eme 92 yaşında Parisdəki evində dünyasını dəyişib. Lakin onun ölüm səbəbi açıqlanmır.

Anuk Eme Federiko Fellini və Bernardo Bertoluççinin filmlərində rol alıb, "A man and a woman" ("Kişi və qadın") filmindəki rolu isə ona 1966-cı ildə "Qızıl Qlobus", 1967-ci ildə BAFTA, həmçinin "Oskar" mükafatı qazandırıb.

Mənbə: RBC.ru

0.30152988433838