Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub

Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.

"Report"un məlumatına görə, hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü Amin Seymur oğlu Həsənov Araz çayında çimərkən batıb.

Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

0.37397408485413