"Zirə" "Şerif" səddini aşacağı təqdirdə növbəti turda hansı klubla qarşılaşacaq?
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Bakunews.media xəbər verir ki, Bakı təmsilçisinin mümkün rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
I təsnifat mərhələsində "Şerif" komandası ilə qarşılaşacaq "qartallar" Moldova klubunu keçəcəyi təqdirdə, II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:
"Panatinaikos"(Yunanıstan)
"Makkabi" (Petah Tikva, İsrail)
"Elfsborq" (İsveç) – "Pafos" (Kipr) cütünün qalibi
"Pakş" (Macarıstan) – "Korvinul" (Rumıniya) cütünün qalibi
Xatırladaq ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.