Kriştianu Ronaldu daha bir rekorda imza atıb

Futbol tarixinin bir çox rekordunun sahibi Kriştianu Ronaldu AVRO-2024-ün start oyununda da yeni tarix yazıb.

Məlumata görə, Portuqaliya millisinin Çexiya ilə matçına çıxmaqla superulduz 6-cı qitə çempionatında iştirakını rəsmiləşdirib.

O, bununla həmyerlisi Pepe və xorvatiyalı Luka Modriçi qabaqlayıb. Bu 2 futbolçu 5 dəfə həlledici mərhələdə forma geyinib.

Ronaldu Avropa çempionatlarında oyun sayı rekordunu da yeniləyib. O, 26 oyundan 17-də komandasını kapitan kimi meydana çıxarıb ki, bu da mütləq rekorddur.

Portuqaliyalının daha bir rekordu bu oyunlarda meydanda olduğu 2243 dəqiqədir. Eyni zamanda, matçlarının yarısında meydanı qalib kimi tərk edən superulduz 13 qələbə ilə bu göstəricinin də birincisidir.

İlk oyunda Kriştianu qol vurmasa da, Avropa çempionatlarında bombardirlik rekordunu da qoruyur – 14 qol.

Ronaldu seçmə mərhələlərdə 41 dəfə fərqlənmə ilə də rekorda sahibdir.

Qeyd edək ki, Portuqaliya seçmə komandası ilk turda Çexiya millisinə 2:1 hesabı ilə qalib gəlib.

Mənbə: İFFHS.com

0.054274082183838