AVRO-2024: Avstriya Polşa millisini məğlub etdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa-Avstriya görüşü başa çatıb.

Bakunews.media xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.

Hesabı doqquzuncu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Pyontek "status kvo"nu bərpa edib. 66-cı dəqiqədə isə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç təyin edib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.

Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland-Fransa görüşü keçiriləcək.

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa-Avstriya görüşü start götürüb.

Bakunews.media xəbər verir ki, Berlin Olimpiya Stadionunda başlayan D qrupunun oyununu türkiyəli FIFA referisi Halil Umut Meler idarə edir.

Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland-Fransa görüşü keçiriləcək.

AVRO-2024: Avstriya Polşa millisini məğlub etdi

AVRO-2024: Avstriya Polşa millisini məğlub etdi

0.16565084457397