"Sabah"ın yarımmüdafiəçisi Almaniyada əməliyyat olundu
"Sabah"ın yarımmüdafiəçisi Anatoli Nuriyev Almaniyada əməliyyat olunub.
Bakunews.media xəbər verir ki, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.
Qeyd edək ki, həkimlərin rəyinə əsasən, Nuriyev iki həftə sonra məşqlərə başlaya biləcək.