Azərbaycan idmançısı Avropa çempionu oldu
Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında avarçəkənlərimiz uğurlu çıxışları ilə yadda qalıblar.
Bakunews.media xəbər verir ki, milli komandamızın lideri Diana Dımçenko birnəfərlik qayıqda təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib.
Finalda 5-ci sırada mübarizə aparan idmançımız İrlandiyadan olan rəqibi Dukarska Monikanı və finlandiyalı rəqibi Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Qeyd edək ki, ikinəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman (BAKİ) klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb. Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.