Beş Avropa nəhəngi Kimmixin izinə düşüb
"Bavariya"nın 29 yaşlı futbolçusu Coşua Kimmixlə Avropanın beş məşhur klubu - "Real Madrid", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Barselona" maraqlanır. Bu barədə "X" sosial şəbəkəsində (keçmiş "Twitter") jurnalist Florian Plettenberq məlumat verib.
Onun sözlərinə görə, hazırda Kimmixin agenti yoxdur, ona görə də, alman futbolçu üçün müraciət edən klublar birbaşa "Bavariya" ilə danışıqlar aparmalıdır.
Daha əvvəl mətbuatda 29 yaşlı futbolçunun "Bavariya"dan ayrılmağı düşünmədiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Kimmix ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 2 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.