Dünya çempionatının səkkizqat qalibi olan pilot ağır qəzaya düşdü
WRC sinfi üzrə Dünya Ralli Çempionatının səkkizqat qalibi olan fransalı pilot Sebastyan Ojye Polşada ağır qəzaya düşüb.
Məlumata görə, "Toyota" sürücüsü və onun köməkçisinin idarə etdiyi nəqliyyat vasitəsi test yürüşü zamanı Vlosti kəndi yaxınlığında torpaq yolda minik avtomobili ilə toqquşub.
Digər avtomobildə olan iki qadın, həmçinin S.Ojye onurğasından xəsarət alıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, 40 yaşlı pilot WRC sinfi üzrə keçirilən çempionatlarda qazandığı qələbələrin sayına görə ikincidir. Səkkizqat çempion 9 titul qazanan həmyerlisi Sebastyan Löbdən geri qalır.
Mənbə: supersport.com