Pol Poqba: "Qazandığım hər şey əlimdən alındı"
Dopinq qəbul etdiyinə görə dörd il futboldan uzaqlaşdırılan "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba karyerası haqda emosional danışıb.
"Bitdi, mən artıq yoxam. Kim olduğumu bilmirəm. Futbol mənim həyatım idi. Peşəkar karyeramda qazandığım hər şey əlimdən alındı", - deyə o bildirib.
Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq testindən keçib. Fevralın 29-da antidopinq məhkəməsi onun dörd il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləyib.
Mənbə: championat.com