AVRO-2024: Son çempiondan vida, İsveçrə 1/4 finalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Bakunews.media xəbər verir ki, mərhələinin ilk qarşılaşmasında Berlində son çempion İtaliya İsveçrəni sınağa çəkib.

Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə Ruben Varqas yekun hesabı təyin edib.

Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.

Bakunews.media xəbər verir ki, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.

Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir.

AVRO-2024: Son çempiondan vida, İsveçrə 1/4 finalda

AVRO-2024: Son çempiondan vida, İsveçrə 1/4 finalda

0.045714855194092