Azərbaycan güləşçisi Avropa çempionu olub

Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb.

"Report" xəbər verir ki, İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib.

Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.

Bundan başqa Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) bürünc, Muxamad Qantemirov (110 kq) gümüş medala sahib çıxıb.

Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

0.057965993881226