Gəncədə avtomobil iki yeniyetməni vurub, ölən var

Gəncədə avtomobilin vurduğu yeniyetmənin biri xəstəxanada ölüb.

APA-nın məlumatına görə, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 2011-ci il təvəllüdlü Ə.M. dünyasını dəyişib.

Gəncə şəhərində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.

Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və daha bir yeniyetməni (ad və soyadı dəqiqləşdirilir - red) vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1.6288459300995