Biləsuvarda yük avtomobilində baş verən yanğın yolun bağlanmasına səbəb olub
Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonunun keçən hissəsində TIR yanıb, yanğın səbəbindən yol qısa müddət ərzində bağlı olub.
Bakunews.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Ələt -Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Yanğın tam söndürülüb. Xəsarət alan yoxdur.
Qeyd edək ki, artıq ərazidə magistral yol qismən açılıb.
Həmin görüntüləri təqdim edirik: