"Qalatasaray" azarkeşinin İkardi sevgisi hər kəsi təəccübləndirdi
Türkiyənin Balıkəsir vilayətində səkkiz ildir restoran işlədən və "Qalatasaray" azarkeşi kimi tanınan Serdar Aygörmüş üç ay əvvəl dünyaya gələn oğluna Nuri İkardi adını verib.
"Oğlumu adını verdiyim argentinalı hücumçu kimi uğurlu etməyə çalışacağam", - deyə o bildirib.
Serdar Aygörmüş oğluna artıq şəxsiyyət vəsiqəsi də alıb. O, övladına vermək istədiyi bu ada ailəsinin və yaxınlarının əvvəlcə qarşı çıxdığını, lakin zamanla hər kəsin buna öyrəşdiyini deyib.
Mənbə: Haber Global