Hacıqabulda baş verən ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI

"Hacıqabul rayon Atbulaq ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə daxil olub".

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakunews.media-ın sorğusuna cavab olaraq verilib.

"Onlardan 1972-ci il təvəllüdlü şəxsə (kişi cinsli) mil biləyin əzilməsi, 1971-ci il təvəllüdlü şəxsə (qadın cinsli) kəllə beyin travması, 1997-ci il təvəllüdlü şəxsə (qadın cinsli) alının əzilmiş yarası və burunun sınığı, 1976-cı il təvəllüdlü şəxsə (qadın cinsli) isə döş qəfəsinin əzilməsi, alının kəsilmiş yarası diaqnozu qoyulub. Hər birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar"- deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı üçü bir ailənin üzvü olmaqla dörd nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yoldakı maneəyə çırpılıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri - 1994-cü il təvəllüdlü Mirağa Yaşar oğlu Həşimov, 1971-ci il təvəllüdlü Reyhan Əliağa qızı Həşimova, 1997-ci il təvəllüdlü Raya Yaşar qızı Həşimova və Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Şəfiqə Nəsib qızı İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.057330131530762