Çayxanaların həyətində oturmağa qadağa qoyulub? - AÇIQLAMA

Bakının Nəsimi rayonu ərazisindəki bəzi çayxanalarda müştərilərə həyətdə oturmağa icazə verilmir.

Bununla bağlı Bakunews.media-a müştərilər məlumat veriblər.

Qeyd olunub ki, "Şamaxinka" kimi tanınan ərazidəki çayxanalarda illərdir ki, hamı həyətdə otururdu. Hətta futbol üzrə Avropa çempionatı ilə əlaqədar monitorlar da quraşdırılmışdı. Ötən gün isə müştərilərə bildirilib ki, artıq çayxananın həyətində oturmağa icazə verilmir.

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və XidmətDepartamentinə sorğu ünvanladıq. Departamentdən Bakunews.media-ın sualına cavab olaraq bildirildi ki, sözügedən məsələnin onlara aidiyyatı yoxdur.

Əzizə İsmayılova

0.1694929599762