Amerika Kuboku: C qrupundan 1/8 final mərhələsinə adlayan komandalar bəlli oldu

Futbol üzrə Amerika Kubokunun C qrupunda qərarlaşan komandaların görüşündə Boliviya millisi Panama yığması ilə, Uruqvay isə ABŞ ilə üz-üzə gəlib.

Bakunews.media xəbər verir ki, eyni saatda keçirilən oyunlarda Uruqvay ABŞ-yə, Panama isə Boliviyaya qalib gəlib.

ABŞ-Uruqvay oyunu 0:1 hesabı ilə başa çatıb. Yeganə qolun müəllifi matçın 66-cı dəqiqəsində Matias Olivera olub.

Boliviya-Panama görüşündə dörd qol vurulub. Hesabı Xose Faxardo Nelsonun 22-ci dəqiqədə vurduğu qolla Panama açıb – 0:1. 69-cu dəqiqədə nominal ev sahiblərinin futbolçusu Bruno Miranda cavab qolunu vurub – 1:1. Oyunun 79-cu (Eduardo Gerrero) və 90+1-ci (Sesar Yanis) dəqiqələrində vurulan qollarla Panama qalib gəlib – 1:3.

Beləliklə, 9 xal toplayan Uruqvay millisi qrup birincisi, 6 xal toplayan Panama qrup ikincisi kimi 1/8 final mərhələsinə adlayıblar. 3 xalla 3-cü pillədə qərarlaşan ABŞ və xalsız qalan Boliviya isə turnirlə vidalaşıblar.

0.074916124343872