Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı DETALLAR məlum oldu

Bakıda intihar edən 30 yaşlı qadınla bağlı bəzi detallar məlum olub.

APA TV xəbər verir ki, intihar edən Zenfira Həmidova uzun müddət evli olsa da uşaq dünyaya gətirə bilməyib.

Hadisə şahidləri bildirirlər ki, Z.Həmidova 12-ci mərtəbədən özünü atmaq istəyərkən, ona mane olmağa çalışıblar. Amma onun qarşısını ala bilməyiblər.

Qonşular bildirib ki, Z.Həmidova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Ailədaxili problemləri olub.

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı DETALLAR məlum oldu

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı DETALLAR məlum oldu

Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsindəki binalardan birində qeydə alınıb.

1994-cü il təvəllüdlü Zenfira Həmidova 12-ci mərtəbədən özünü ataraq öldürüb.

Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

0.28886699676514