Ərdoğan: "Türkiyə dostlarını yarı yolda atan bir dövlət ola bilməz"
"Türkiyə dostlarını yarı yolda atan bir dövlət ola bilməz".
Bunu Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan öz sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra bəyan edib.
Prezident əsrin əvvəllərində Türkiyənin Azərbaycanı Rusiya bolşeviklərinə təslim etdiyini və bunun ölkənin tarixində utancverici bir səhifə olduğunu qeyd edib.
O bildirib ki, Ankara 44 günlük Vətən Müharibəsində Bakıya dəstək verməklə bu utancı aradan qaldırıb.
Mənbə: TRT