15 il övlad həsrəti çəkən ana YARDIM DİLƏYİR: "Orxana nəsə olsa, ölərəm"

İki yaşlı Orxanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Bənövşə Tağıyeva məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:

"Orxanın iki yaşı var. O, doğulan gündən qaraciyərində problem var idi. Daha sonra onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrdəyik. İnanın, vəziyyətimiz maddi olaraq çox ağırdır. Həkimlər qaraciyər köçürməsinin onun üçün çox tez olduğunu, bədəninin buna tab gətirməyəcəyini deyirlər".

Bənövşə Tağıyeva Orxanın onun yeganə övladı olduğunu deyib:

"Orxan 15 il sonra dünyaya gəlib. Onun gəlişini necə həsrətlə gözləmişik. Bu qədər həsrətlə gözlədiyim övladımın səhhətinin belə olmağı məni, inanın, çox üzür. Ona nəsə olsa, yəqin ki, ölərəm. Hazırda müalicələrimizi davam etdirə bilmək üçün 350 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 986-79-26.
Kapital Bank: 5239 1517 2722 0413.

0.34060597419739