Ağstafada balıq vətəgəsi daşdı: Taxıl sahəsini su basdı

Ağstafa rayonunun Muğanlı kəndində vətəndaşa aid sahədə əkilən taxıl su altında qalıb.

Xezerxeber.az-ın məlumatına görə, təsərrüfat sahibi Musa Nəbiyev iddia edir ki, onun əkin sahəsinin sular altında qalmasının günahkarı həmkəndlisi olan digər sahibkardır.

Onun iddiasına görə, əkin sahəsinin kənarında sahibkar Rəhman Allahmanova məxsus balıq vətəgəsində su daşıb və nəticədə biçinə hazır olan taxıl su altında qalıb.

Hazırda Musa Nəbiyev ona dəyən ziyanın ödənilməsini tələb edir.

Sahibkar Rəhman Allahmanov bildirib ki, Musa Nəbiyev taxılı köhnə göl yerində əkib. O, baş verən hadisəni təbii fəlakət adlandırıb.

Kənd icra nümayəndəliyindən isə bildirilib ki, hər iki tərəflə profilaktik söhbətlər aparılıb və əkin sahəsinə də baxış keçirilib:

"İddiaçı və iddia olunan tərəfin irəli sürdüyü məsələlər isə icra nümayəndəliyi səviyyəsində həllini tapmayıb. Məsələ yalnız hüquqi müstəvidə, məhkəmə qaydasında öz həllini tapmalıdır".

Ətraflı süjetdə:

Ağstafada balıq vətəgəsi daşdı: Taxıl sahəsini su basdı

Ağstafada balıq vətəgəsi daşdı: Taxıl sahəsini su basdı

0.75012588500977