Ağır yanıq xəsarətləri alan körpənin dəstəyə ehtiyacı var

Üç yaşlı Nərmin ehtiyatsızlıqdan yanıb.

Bu barədə Bakunews.media-a onun anası Mələk Seyidova məlumat verib.

O bildirib ki, övladı fevralın 26-da ağır yanıq xəsarətləri alıb:

"Biz rayonda yaşayırıq, fevralın 26-da Nərmin oynayarkən masaya ilişdi, qaynar çayniki üstünə dağıtdı. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq".

Mələk Seyidova bildirib ki, övladı əməliyyat olunub:

"Övladım bir neçə əməliyyat keçirdi. Evə buraxılan gündən sizin oxucuların dəstəyi ilə müalicələrini edə bilirik. Hazırda Nərminin dərmanlarını almaq üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 436-99-79.

Bank Respublika: 5235 2222 3664 8230.

0.31484699249268