Dəfələrlə evdən qaçan yeniyetmənin ailəsi tüfeyli həyat tərzi keçirir: Atası intihara cəhd edib
Bir neçə gün öncə Bakının, Nizami rayonunda itkin düşən 11 yaşlı İlkin Sənan oğlu Ruşanov tapılıb.
Bakunews.media-ın əldə etdiyi məlumata görə, ailə tüfeyli həyat tərzi keçirir, dəmir yığıb satmaqla məşğul olur.
Yeniyetmə dəfələrlə evdən qaçıb. Bu dəfə metronun "20 Yanvar" stansiyası yaxınlığından tapılıb. Məlum olub ki, "Playstation" oynamağa gedib. Elə orada da gecələyib. Təhsildən də yayınıb. Ailəsinə dəmir yığmaqda köməklik göstərir.
Aldığımız məlumata görə, atası oğlunun itkin düşməsi ilə bağlı müvafiq qurumlara müraciət etməyib. Sadəcə "Xəzər" televiziyasında yayımlanan "Təsir dairəsi" verilişinə çıxıb. Yeniyetmənin atası bir müddət öncə özünü maşınların altına ataraq intihara cəhd edib.
Nəzrin Vahid