Amerika Kuboku: Messisiz Argentina Ekvadora qarşı

Amerika Kubokunun 1/4 final mərhələsində Argentina Ekvadorla qarşılaşacaq.

Bakunews.media xəbər verir ki, gərgin mübarizə vəd edən görüşdə son dünya çempionu Argentina Ekvadoru sınağa çəkəcək.

Görüşün favoriti Argentina millisi sayılsa da, Ekvador seçməsinə də güvənənlərin sayı heç də az deyil. Amma argentinalıların heyətində Lionel Messinin görüşü buraxması nominal meydan sahiblərinin işlərini çətinə sala bilər. Ekvador millisində isə itkilər yoxdur.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 05:00-da başlanacaq görüşü uruqavaylı hakimlər briqadasından Matonti Kabrera idarə edəcək.

05 iyul

1/4 final mərhələsi

Argentina – Ekvador

Saat 05:00, "NRG Stadium"

0.38271713256836