Polşa klubundan ayrılan millimizin üzvünün yeni komandası bəlli oldu
Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov tezliklə "Radomyak" klubu ilə müqavilə imzalayacaq.
Məlumata görə, klub Rahil Məmmədovu yaxın günlərdə ictimaiyyətə təqdim edəcək. Hazırda Məmmədov viza məsələlərini həll edir.
Məhz bundan sonra millimizin üzvü Polşaya yollanacaq.
Xatırladaq ki, Məmmədov son 6 ayı Polşanın "LKS Lodz" klubunda keçirib.
Qeyd edək ki, "Radomyak" 2023/2024 mövsümündə Polşa yüksək liqasını 18 komanda arasında 15-ci pillədə başa vurub.
Mənbə: Echodini.eu