Sərhəddə saxlanılan azərbaycanlı polisə rüşvət təklif etdi

Saxta sənədlə Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlı saxlanılıb.

Dancor.sumy.ua-nın xəbərinə görə, hadisə Sumski vilayətində “Velikaya Pisarevka” sərhəd-keçid məntəqəsində baş verib.

Məlum olub ki, Azərbaycan vətəndaşı pasportunda qanunsuz qeydlər aparıb.

Saxlanılan azərbaycanlı sərhədçilərə 3000 rubl (80 AZN) məbləğində rüşvət təklif edib.

Qanunu pozan şəxs Ukrayna ərazisinə buraxılmayıb və Rusiyaya geri qaytarılıb.

0.32825493812561