AVRO-2024-də ən çox oyundankənar vəziyyətə düşən futbolçu bəlli olub
Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu AVRO-2024-də hamıdan daha çox ofsayda düşüb.
Məlumata görə, ulduz forvard səkkiz dəfə ofsayd vəziyyətində olub.
Oyundan kənar vəziyyətlərə görə ikinci yeri hazırda Niklas Füllkruq (Almaniya), Andraz Şporar (Sloveniya) və Barnabas Varqa (Macarıstan) bölüşürlər - hərəyə dörd dəfə.
Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 130 qol vurub, 47 məhsuldar ötürmə edib.
Mənbə: Championat.com