Messi və Suarezsiz "İnter Mayami" tarixinin ən böyük məğlubiyyətini aldı

"Sinsinnati"nin "İnter Mayami"ni qəbul etdiyi MLS matçı qonaqlar üçün acı sonluqla bitib.

Bakunews.media xəbər verir ki, TQL stadionunda baş tutan görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu "İnter Mayami" üçün tarixinin ən böyük hesablı məğlubiyyəti olub. Həmçinin, komandanın dörd matçlıq qələbə seriyası kəsilib.

Qeyd edək ki, 63-cü dəqiqədə Serxio Buskets meydandan qovulduqdan sonra "İnter Mayami" azlıqda qalıb. Oyunda qonaqların Messi və Suares kimi bir sıra aparıcı futbolçuları iştirak etməyiblər.

Növbəti turda "İnter Mayami" "Toronto" ilə, "Sinsinnati" isə "Şarlotta" ilə qarşılaşacaq.

1.0774190425873