Gimnastlarımız İspaniyada növbəti medallarını qazandılar

Bədii gimnastika üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv beş halqa və üç lent, iki top proqramlarında yüksək nəticəyə nail olaraq iki gümüş mükafata sahib olublar.

Qeyd edək ki, yığma ötən gün çoxnövçülükdə qızıl medal əldə edib.

0.88282299041748