Yüz minlərlə alman azarkeş İspaniya-Almaniya matçının təkrar oynanılmasını tələb edir
300 mindən çox alman azarkeş Almaniya millisinin İspaniyaya 1:2 hesabı ilə uduzduğu və AVRO-2024-ü tərk etdiyi 1/4 final matçının təkrarı üçün onlayn petisiya imzalayıb.
Bildirilir ki, petisiyanın təşəbbüskarları görüşün baş hakimi Entoni Teylorun çoxsaylı səhv qərarlar verdiyini hesab edirlər.
Məsələn, söhbət oyunun 106-cı dəqiqəsində Bundestimin hücumameyilli yarımmüdafiəçisi Camal Musialanın zərbəsindən sonra topun ispan müdafiəçisi Mark Kukurellanın əlinə toxunduğu, lakin Teylorun penalti təyin etmədiyi epizoddan gedir.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatının yarımfinalında İspaniya millisi Fransa seçməsi ilə qarşılaşacaq. Digər yarımfinalda İngiltərə Niderlandla üz-üzə gələcək.
Mənbə: championat.com