Ulduz futbolçu karyerasını bitirir
"Liverpul"un və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara karyerasını bitirmək qərarına gəlib.
Bu barədə insayder Fabrizio Romano məlumat verib.
Hazırda ispaniyalının 33 yaşı var. Onun qərarının səbəbləri açıqlanmır.
Futbolçunun oynadığı son klub bu yay tərk etdiyi "Liverpul" olub. O, karyerası ərzində "Bavariya", "Barselona" və İspaniya millisində də çıxış edib.
Onun 4 La Liqa, 7 Bundesliqa qələbəsi, 2 Çempionlar Liqası, 2 Klublararası Dünya Kuboku, 2 UEFA Super Kuboku, həmçinin bir çox ölkə kuboku titulları var.
Mənbə: sport24.ru