Yusif Abdullayev: "Hazırda ölkəmizdə 245 Çin şirkəti aktiv fəaliyyət göstərir"

"Ölkəmizdə 245 Çin şirkəti aktiv fəaliyyət göstərir".

Bakunews.media xəbər verir ki, bu sözləri Bakıda "Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda keçirilən konfransda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib.

O qeyd edib ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:

"Bu ilin yanvar-may aylarında Çin və Azərbaycanın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 26% artaraq 1.3 milyard ABŞ dolları təşkil edib. Hazırda ölkəmizdə 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir", - deyə icraçı direktor qeyd edib.

Nəzrin Vahid

0.056886911392212