Türkiyə Prezidenti Administrasiyasından Azərbaycan mədəniyyətinə töhfə

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (İletişim Başkanlığı) ölkəmizlə bağlı "Azərbaycanın sirləri" adlı kitabını nəşr edib.

Bakunews.media-ın məlumatına görə, bu barədə idarənin sosial media hesabında bildirilib.

Məlumata görə, kitab "Bir millət, iki dövlət" şüarı ilə dərc edilib.

"Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən "Bir millət, iki dövlət" şüarı ilə Türkiyənin Azərbaycanla qardaşlığından və Azərbaycanın zəngin mədəniyyətindən bəhs edən "Azərbaycanın sirləri" adlı kitab nəşr olunub", - deyə paylaşımda vurğulanıb.

0.36360597610474