UEFA reytinqi: Azərbaycan millisinin mövqeyi BİLİNDİ

Ölkələrin UEFA reytinqi açıqlanıb.

Məlumat görə, Azərbaycan millisinin 25-ci pillədəki yeri dəyişilməz qalıb. Ölkəmizin 16.750 xalı var. Seçmə komandamız bu göstərici ilə Avropa çempionatında iştirak edən Slovakiya, Rumıniya, İsveç, Sloveniya millilərini qabaqlayıb.

Cədvələ 89.160 xalla İngiltərə seçməsi başçılıq edir. Aktivində 79.106 xal olan İtaliya millisi ikinci, 73.989 xal olan İspaniya yığma komandası isə üçüncüdür. Türkiyə millisi isə 33.600 xalla reytinq cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 22-ci pillədəki Rusiya millisinin isə aktivində 18.299 xalı var.

Qeyd edək ki, Ermənistan seçməsi 7.875 xalla turnir cədvəlinin ən aşağı sıralarında, 40-cı yerdədir.

Mənbə: UEFA.com

0.30685687065125