Rəşad Sadıqov: "Rəqibi təhlil etmək baxımından müəyyən problemlərimiz var"

"Rəqibi təhlil etmək baxımından müəyyən problemlərimiz var".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif"lə oyun öncəsi mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qarşılaşmanın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib:

"Vacib bir oyun üçün Moldovaya gəlmişik. Düşünürəm ki, oyuna yaxşı səviyyədə hazırlaşmışıq. "Şerif" ilk dəqiqələrdən "Zirə" üzərində təzyiq yaratmağa çalışacaq. Bununla belə, düşünürəm ki, komandamız buna hazırdır. Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq. Heyətlərinə bir sıra yeni futbolçular cəlb ediblər. Təbii ki, bu da müəyyən dəyişikliklərə səbəb olacaq. Azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər. Sürətli və dinamik görüş izləyəcəyik. Hər iki komanda üçün mövsümün ilk matçı olacaq".

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" - "Zirə" oyunu iyulun 11-i, saat 21:00-da "Şerif" İdman Kompleksində baş tutacaq.

0.10756683349609