Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir MÖHTƏŞƏM GÖRÜNTÜSÜ

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsinin Pakistan ərazisinə daxil olarkən havaya qaldırılan qırıcıların onu qarşılayıb müşayiət etməsinin daha bir görüntüsü yayılıb.

Bakunews.media bildirir ki, videonu Pakistan Hava Qüvvələri sosial şəbəkədə paylaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Pakistan ərazisinə daxil olarkən müşayiət üçün qırıcılar havaya qaldırılıb.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" platformasında paylaşım edib.

"Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!" - paylaşımda deyilir.

1.0737659931183