Yurgen Kloppun çalışdıra biləcəyi komanda bəlli olub
İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Kloppa ABŞ millisinə rəhbərlik etmək təklif olunub.
Məlumata görə, baş məşqçi ilə yolları ayıran milli komanda almaniyalı çalışdırıcı ilə razılıq əldə etməyə çox yaxındır.
Tanınmış mütəxəssislə artıq ilkin danışıq da gerçəkləşib.
Qeyd edək ki, Amerika Kubokundakı uğursuzluğa görə ABŞ millisinin baş məşqçisi Qreq Berhalter istefaya göndərilib.