"Ən-Nəsr" Ronaldu ilə danışıqlara başladı

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun rəhbərliyi portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.

Bakunews.media xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" səhifəsində məlumat verib.

Məlumata görə, futbolçu ilə yeni müqavilə 2026-cı ilə qədər davam edəcək. Qeyd olunur ki, yeni müqavilə Ronaldunun 2026-cı il dünya çempionatında iştirak şansını artıracaq, çünki futbolçu turnirdə mübarizə aparmağı planlaşdırır.

Bundan sonra futbolçu peşəkar karyerasını bitirmək niyyətindədir.

Qeyd edək ki, Ronaldunun hazırda 39 yaşı var, o, 5 dəfə "Qızıl top"un qalibi, 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir.

Ronaldu 2022-ci ilin dekabrında "Ən-Nəsr"ə keçib. Portuqaliyalının klubla hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir.

0.054057836532593