"Zirə" - "Şerif" matçının hakimləri açıqlandı
"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda "Şerif"ə (Moldova) qarşı keçirəcəyi cavab oyununun hakim təyinatı açıqlanıb.
Bakunews.media xəbər verir ki, iyulun 18-də "Dalğa Arena"da baş tutacaq görüşü qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 11-də Moldovada baş tutan ilk oyun Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.