Prezident İlham Əliyev: "Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkisində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsd cəhdi ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Bakunews.media paylaşımı təqdim edir:
"Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik".