Paşatəpə yaşayış məskənində yaştəyini üçün nümunələr götürülüb
Cəlilabad rayonunda yerləşən Paşatəpə yaşayış məskənində yaştəyini üçün nümunələr götürülüb.
"Report"un məlumatına görə, nümunələr Radiasiya Problemləri İnstitutunun "Tarixi abidələrin radioizotop yaştəyini" xüsusi laboratoriyasının əməkdaşı tərəfindən götürülüb.
Həmçinin radionuklidlərin miqdarının təyini üçün ərazidən torpaq nümunəsi, yaştəyini üçün keramika, kömür, diş nümunələri götürülüb, qazıntı ərazisinin radiasiya dozası ölçülüb.
Qeyd edək ki, nümunələr Radiasiya Problemləri İnstitutunda yaranan və bütövlükdə Qafqaz ölkələri daxilində ilk və yeganə laboratoriya olan "Tarixi abidələrin radioizotop yaştəyini" xüsusi laboratoriyasında analiz olunacaq.