Ağsuda sürücü sükan arxasında öldü
Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.
"Report" xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü Bakı sakini 1967-ci il təvəllüdlü Vüqar Soltan oğlu Abbasov həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, sükan arxasında ürəktutmadan ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda fakt araşdırılır.